Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
AZƏRBAYCAN ORDUSU ŞANLI ZƏFƏRİMİZİN BÜNÖVRƏSİDİR

0

  •  İnamsız bir qartalın qanadları gərilməz,Döyüşsüz azadlığın meyvələri dərilməz,Şəhidsiz bir millətin vətən ruhu dirilməz,Oğullar ola-ola, necə deyim mərdim yox. Ordum varsa, yurdum var. Ordum yoxsa, yurdum yox!                                                                (Zəlimxan Yaqub)Həqiqətən bir dövlətin var olması üçün, bir millətin firəvan yaşaması üçün ilk növbədə onun güclü, qüdrətli ordusu lazımdır. Güclü ordusu olmayan dövlətin sonu yalnız uçurumdur. Hansı ki, 30 il öncə səriştəsiz ölkə rəhbərliyi ilə bərabər, nizamlı ordumuzun olmaması sayəsində torpaqlarımızın 20 faizini itirdik. Azərbaycandan çox -çox kiçik bir dövlət torpaqlarımızı çox asanlıqla işğal etdi. Bu məhz güclü ordumuzun olmaması sayəsində baş verdi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1993-cü ilin sonlarından başlayaraq artıq, nizami ordu formalaşmağa başladı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra ordunun gücünü daha da möhkəmləndirdi. Xüsusi tədbirlər sayəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ordumuz müasir hərbi texnika ilə təchiz olundu, nizam-intizam gücləndirildi. Məhz elə, o nizamlı, güclü ordumuzun sayəsində 30 ildən sonra itirdiyimiz torpaqları geri qaytarmağa nail olduq. Heç bir çətinlikdən qorxmayan Azərbaycan ordusu canları-qanları bahasına, qayalara dırmaşaraq Şuşamızı və digər rayonlarımızı işğaldan azad etdilər. Azərbaycan xalqına “ Böyük Zəfər”imizin sevincini yaşatdılar. Bu gün Azərbaycan Ordusu dünyanın güclü ordu sıralarındadır. Ali Baş Komandan İlham Əliyev tərəfindən hər zaman orduya xüsusi qayğı və diqqət göstərilir, hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərimizin sosial problemlərinin həlli istiqamətində işlər görülür. Yüksək təlim keçmək üçün onlar dünyanın müxtəlif ölkələrinə göndərilir. Hər il 26 iyun “Silahlı Qüvvələr Günü “ kimi qeyd edilir. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün əziz və müqəddəs gündür. 26 iyun “ Silahlı Qüvvələr Günü “ münasibətilə vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, əsgərlərimizə can sağlığı diləyirik! Yaşasın Qüdrətli Azərbaycan Ordusu! Vəsilə Quliyeva,Xocalı rayon Kosalar kənd sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib53 dəfə
    AZƏRBAYCAN ORDUSU ŞANLI ZƏFƏRİMİZİN BÜNÖVRƏSİDİR

    Maraqlı gələ bilər
    34
    0